Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yunanıstana gedəcək.
“Report” xəbər verir ki, bu barədə Y.Gülər Türkiyə Böyük Millət Məclisində (TBMM) jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ankara ilə Afina arasında qarşılıqlı etimad mühiti yaradılması istiqamətində işlər uğurla davam edir: “Yunanıstana gedəcəyik. Tarix hələ məlum deyil. Bunu qarşı tərəf müəyyənləşdirəcək”.
Follow @7timesaz