Ayın sonuna doğru güclü maqnit fırtınası gözlənilir, onun pik dövrü isə sentyabrın 26-27-də olacaq.
“Report” “segodnya.ua”ya istinadən xəbər verir ki, bunu Günəşin Rentgen Astronomiyası Laboratoriyasının məlumatları göstərir.
Qrafikdə əsas geomaqnit təsirin ayın 27-də olacağını görmək mümkündür.
Ertəsi gün, sentyabrın 28-də isə “maqnitosfer həyəcan” gözlənilir – günəş təsirinin aktivliyi bir qədər azalacaq, amma yenə də hiss olunacaq.
Follow @7timesaz