Dünya

“Yaxşı qonşu pis qohumdan yaxşıdır” – Peskov Türkiyə barəsində

“Yaxşı qonşu pis qohumdan yaxşıdır” – Peskov Türkiyə barəsindəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, Moskva və Ankara yaxşı qonşu olmaq üçün hər şeyi edirlər.

Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya İxrac Mərkəzinin “Made in Russia” studiyasında sualları cavablandıran Kreml sözçüsü məşhur atalar sözünü xatırladıb.

“Mən türkoloqam. Türk dilində belə bir atalar sözü var: Yaxşı qonşu pis qohumdan yaxşıdır. Ona görə də biz Türkiyənin bizim üçün yaxşı qonşu olması üçün hər şeyi etməliyik. Və mənə elə gəlir ki, Türkiyədə siyasi konsensus var. Demək olar ki, hamı orada başa düşür ki, Rusiya da Türkiyə üçün yaxşı qonşu olmalıdır”, – deyə Peskov bildirib.

“Bu, həqiqətən də görünməmiş qarşılıqlı əlaqədir”, – Kreml sözçüsü deyib.