Dünya

“Yekun razılığın əldə olunması qeyri-real məsələdir” – Keçmiş həmsədr

“Yekun razılığın əldə olunması qeyri-real məsələdir” – Keçmiş həmsədrbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hazırkı mərhələdə tərəflər arasında yekun razılığın əldə olunmasını qeyri-real hesab edir.

7Times.az  xəbər verir ki, o, erməni mediasına açıqlamasında bildirib ki, həll olunmamış çoxlu məsələlər var. “O cümlədən kommunikasiyalar, qaçqınlar, sərhədlər, təbii sərvətlərin idarə olunması və s.”, – keçmiş həmsədr əlavə edib.

Uorlik iddia edib ki, Qarabağla bağlı hər iki tərəfi qane edən razılaşma olmadan uzunmüddətli sülhə nail olmaq mümkün deyil. “Mən Qarabağın müstəqilliyindən danışmıram. Düşünmürəm ki, bu məsələ danışıqlar masasındadır, – Uorlik bildirib.

Keçmiş həmsədrin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması indiyədək çox çətin məsələ olub: “Bu gün Ermənistan bu istiqamətdə irəliləyir və bütün bunların sənəddə hansı ifadəni alacağı hələ məlum deyil”.