“Məktəbləri yenə onlayn sistemə keçirdilər. Bizim uşaqların həyatını məhvə aparırlar bu qərarlarla. Uşaqların onlayn aldıqları təhsil onları şikəst edir”.
7times.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi dərslərin yenidən onlayn sistemdə keçiriləcəyini bildirib:
“Bütün günü kompüterin qabağında, evdə başqa uşaqlarla ünsiyyətsiz. İşə gedən valideyinlər nə etsin? Dayə tutmağa imkanı çatmayanlar, interneti, kompüter və planşet almağa imkanı olmayanlar nə etsin?
Vaksini demək olar ki, məcburi ediblər. Bu qədər insan vaksin vurub. Yenə cərimələr, yenə onlayn dərs. Nə dəyişib bu 2 ildə? İnsanlar əsəb və qorxu içində. Hara gedir sonumuz?”.
Follow @7timesaz