Maqazin

Yeni albomun ikinci klipi – “Böyüdüm”

Yeni albomun ikinci klipi – “Böyüdüm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Röya Ayxan “14/41” albomunun ikinci klipini təqdim edib.

OLAY yazır ki, ekran işi sözləri Əli Qafarlı və musiqisi Hacı Nazimə məxsus olan “Böyüdüm” mahnısına çəkilib. Türkiyədə lentə alınan layihənin rejissoru Ecem Gündoğdu və quruluşçu rejissoru Veli Kuzludur. Sənətçinin staylinqini Özgür Yüksel, saç və makiyajını Elnur Həsənov edib.

Qeyd edək ki, sözügedən “14/41”albomu Türkiyədə hazırlanıb, istehsalçı şirkət “Kevents Group”dur.

Ənənəvi formatda təqdim olunan CD-nin adında qeyd edilən “14” albomdakı mahnıların sayı, “41” isə 14 iyun tarixində Xalq artistinin “qızıl yaş” dövrü hesab edilən – 41 yaşa qədəm qoyması ilə bağlıdır. Albomun prodüseri Kənan Bayramov, musiqi prodüseri Hacı Nazimdir.