İdman

“Yeni məşqçini xüsusi işçi qrupu müəyyənləşdirəcək” – AFFA-nın baş katibi

“Yeni məşqçini xüsusi işçi qrupu müəyyənləşdirəcək” – AFFA-nın baş katibibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

7Times.az  xəbər verir ki, toplantıda millinin baş məşqçisi Canni De Byazi ilə yolların ayrılması qərara alınıb.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, İK-nın qərarından başqa, Canni de Byazi özü də müqaviləsinin uzadılmamasını xahiş edib.

Qurum rəsmisi həmçinin yeni məşqçi təyinatı ilə bağlı da danışıb: “İK üzvləri tərəfindən belə qənaətə gəlindi ki, müqavilə müddəti uzadılmasın. Bu o deməkdir ki, artıq De Byazi milli komandanın baş məşqçisi deyil. O, özü də müqaviləsinin uzadılmamasını xahiş etdi. Məşqçinin qalmaq istəməməsi bir yana, İK üzvləri də belə qərara gəldi ki, müqavilənin müddətinin uzadılmaması ən düzgün qərardır.

Milli komandanın yeni məşqçisinin seçilməsi üçün xüsusi işçi qrup yaradılacaq. Orada İK üzvləri və kənar mütəxəssislər olacaq. Baş məşqçi postuna namizədlər müəyyənləşdiriləcək, analizlər aparılacaq, bütün nüanslar nəzərə alınacaq. Ondan sonra qərarı İcraiyyə Komitəsi verəcək”.