Dubay hakimiyyəti şəhərin biznes və yaşayış sahələrini, eləcə də hava limanını birləşdirəcək 14 stansiyadan ibarət 30 km uzunluğunda yeni metro xəttinin tikintisinə 18 milyard dirhəm (təxminən 5 milyard ABŞ dolları – Red) xərcləyəcək.
“Ölkə.az” xəbər verir ki, bu barədə şəhər hökumətinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Belə ki, 14 stansiyadan ibarət “Mavi Xətt” Dubay-Krik-Harbor ərazisini Beynəlxalq Şəhər və Dubay Beynəlxalq Akademiya Şəhəri ilə birləşdirəcək.
Yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı müqavilələr 2024-cü ildə bağlanacaq. Marşrut Dubayın şərqində artan sayda yaşayış məntəqələrini birləşdirəcək. Dubay Metrosu şəbəkəsinin genişləndirilməsi şəhərin inkişaf planının bir hissəsidir və yol şəbəkəsində yükü azaltmaq üçün vacibdir.
Follow @7timesaz