“Yenidən köhnə günlərə qayıtmaq istəmirik”. Bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım bəyan edib.
“Terror təşkilatının ardıcıl olan partiyanın sözçüləri çox maraqlı açıqlama veriblər: “Rəcəb Tayyib Ərdoğanı göndərəndən sonra silahlarımızı yerə qoyacağıq”. Bu nə deməkdir? 40 min şəhidimiz var. Əgər silahları yerə qoymağa gücünüz var idisə, niyə indiyə qədər gözləmisiniz? Bu insanların məsuliyyəti sizin boynunuzdadır, əvəzini də ödəyəcəksiniz”, – deyə o bildirib.
Binəli Yıldırım Türkiyədə heç kimin terrora haqq qazandıra bilməyəcəyini vurğulayıb: “Mən bunu çox açıq deyirəm. Terrorizmi qanuniləşdirməyə çalışanlarla qanımızın son damlasına qədər mübarizəmizi davam etdirəcəyik. Çox qurban verdik. Biz yenidən əvvəlki günlərə qayıtmaq istəmirik”.
Politoloqun sözlərinə görə, Ərdoğan hakimiyyətinin ən böyük məqsədi ölkənin hər yerində, şərqdə və qərbdə yaşayan vətəndaşlar arasında rifah fərqini aradan qaldırmaq və azaltmaqdır.
“Bunun üçün ilk növbədə infrastrukturu qurmaq lazımdır. Yol olmayan yerdə heç nə baş verməz, istehsalat olmaz. Siyasətə ilk başladığımız dövrlərdə İstanbuldan İzmirə səkkiz saat yarıma gedirdiksə, indi üç saata gedirik. Çox gözəl şose yolumuz var, İzmit körfəzimiz, Qaziosmanpaşa körpümüz var… Dünyanın bir nömrəli Yavuz Sultan Səlim Körpüsü, Avrasiya tuneli, Marmaray, sürətli qatar, ağla nə gəlirsə, hamısının arxasında Rəcəb Tayyib Ərdoğanın imzası var… Bizim millətə yaraşan da budur. Bu insanlar hər şeyin ən yaxşısına layiqdirlər”, – deyə o, sözlərini yekunlaşdırıb. (Mənbə: Haber Global)
Follow @7timesaz