Ölkə

Yeniyetmə qızı məktəbdən çıxarıb ərə verirlər

Yeniyetmə qızı məktəbdən çıxarıb ərə verirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 14 yaşlı qız məcburi ərə verilir.

Bu barədə 7times.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, Göyçay rayon Çərəkə kəndində 14 yaşlı qız ailəsi tərəfindən məcbur evləndirilir. Artıq toyun keçirilməsi üçün icra nümayəndəsi tərəfindən qab-qacaq da verilib.

Göyçayda 14 yaşlı qızlarını zorla ərə verən valideynlər polisə dəvət olunub. Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov məlumat verib. Onun sözlərinə görə, qızın valideynləri polis şöbəsinə çağırılıb. Hazırda onlar şöbədə dindirilir.

7Times.az