Paleontoloqlar Perunun sahil zonasında 37-39 milyon il əvvəl yaşamış balinanın nəhəng fəqərələri və fosillərini (daşlaşmış qalıqları) aşkar ediblər.
Məlumata görə, qalıqlar Eosen dövrünə aid basilosauridlər ailəsindən olan “Perucetus colossus” balinasına məxsusdur. Alimlərin hesablamaları düzgündürsə, onun uzunluğu 20 metr, çəkisi 150-350 ton olub. Belə olduğu halda o, Yer kürəsinin indiyə qədər yaşamış ən ağırçəkili canlısı sayıla bilər.
Follow @7timesaz