Ukrayna ordusu Kurskda hücuma keçib, yaxşı xəbərlər var.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün Teleqram kanalında yazıb.
“Kursk, yaxşı xəbərlər var. Rusiya layiq olduğunu alır”, – Yermak bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da ordunun Kurskda hücuma keçməsi xəbərini təsdiqləyib:
“Kurskda rusların böyük narahatlıqları var, çünki bir neçə istiqamətdə onların mövqelərinə hücum edildi, bu da onlar üçün gözlənilməz oldu. Müdafiə qüvvələri işləyir”.
Rusiya hərbi müxbirləri Ukrayna ordusunun bəzi lokal uğurlarının olduğunu yazıblar.
Qeyd edək ki, bu gün Kursk vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alyoxin Ukrayna ordusunun Sucanın şimal-şərqində – Bolşoye Soldatskoye istiqamətində hücuma keçdiyini yazmışdı.
Follow @7timesaz