Sankt-Peterburq şəhərində baqajında cəsəd olan avtomobillə bağlı qəza Rusiyada ilin ən qaranlıq sensassiyasına səbəb oldu. Şübhəli şəxs kannibalizmi etiraf etsə də, peşman olmadığını vurğulayıb.
Noyabrın 21-də Sortavalada baş verən dəhşətli yol qəzası zamanı başı bədənindən demək olar ki, qopmuş (tək onurğa sütunu ilə birləşmişdi) olan cəsədin baqajdan uçması hadisə şahidlərinə dəhşət yaşadıb. Qəzadan sonra qaçan üç şəxs saxlanılaraq istintaqa başlanılıb. Onların hər üçü cinayəti etiraf edib, motiv kimi isə qisas göstəriblər.
Lakin onların aralarında Yeqor Komarovun ifadəsi daha qorxunc cinayətin üstrünü açıb. Belə ki, o, bundan əvvəl də adam öldürdüyünü və kannibalizmi etiraf edib.//oxu.az