Hadisə

Yolu keçən 23 yaşlı qızı maşın vurdu

Yolu keçən 23 yaşlı qızı maşın vurdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda piyadanı avtomobil vurub.

7times.az xəbər verir ki, hadisə rayonunun Niyazoba kəndi ərazisində baş verib. Hərəkətdə olan maşın yolu keçən kənd sakini 1997-ci il təvəllüdlü Əzizova Gülnarə Aslan qızını vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun xəsarətləri yüngül olduğuna görə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəlal Fərzəliyev

7times.az