Dünya

Yoluxma sayı artdı, Səhiyyə naziri istefa verdi

Yoluxma sayı artdı, Səhiyyə naziri istefa verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın Səhiyyə naziri Adam Voytek istefa verib.

7times.az Yenisabah.az-a istinadla xəbər verir ki, buna səbəb Çexiya da son zamanlarda yoluxma sayının ikiqat artması olub.

Müxalifət tərəfindən yoluxmadakı artışın qarşısını ala bilməməkdə günahlandırılan Voytek yerli seçkilərdən əvvəl istefa verdi və müxalifət bu hərəkəti də qeyri-kafi olaraq qiymətləndirdi.

Bildirək ki, təyin edilən yeni nazir Roman Prymula ixtisasca epidemioloqdur.

Qeyd edək ki, Çexiya da son 14 gündə hər 100 min nəfərdən 193-də virus aşkarlanır. Nəticədə ötən həftə ərzində gündəlik yoluxma sayı mindən çox olub. Ümumilikdə bugünədək Çexiya da 49 mindən çox insana COVID-19 diaqnozu qoyulub, 503 nəfər isə həyatını itirib.