84 ölkədə apardığımız müşahidələrə əsasən son bir neçə həftədir COVID-19-a yoluxanların sayında artım yaşanır.
7Times.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerxove deyib.
O, son dönəmlər COVID-19-la bağlı verilən testlərin 10 faizinin müsbət olduğunu deyib. Avropada bu göstəricinin 20 faizdən yuxarı olduğu bildirilir.
Mövsümdən asılı olmayaraq son aylarda bir çox ölkədə bu virusa yoluxanların sayının artdığına diqqət çəkən Kerxove, Fransada keçirilən Paris 2024 Olimpiya Oyunlarında yarışan ən azı 40 idmançının da COVID testinin müsbət olduğunu bildirib.
Follow @7timesaz