Dünya

“YouTube” “TikTok”a rəqib proqram istifadəyə verəcək

“YouTube” “TikTok”a rəqib proqram istifadəyə verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YouTube” qısa videoçarxların yaradılması üçün özünün “YouTube Shorts” xidmətini istifadəyə verəcək.

7times.az xəbər verir ki, bu barədə “YouTube”un rəsmi bloqunda bildirilib.

“Biz “YouTube Shorts”un yaradılması haqqında bildirməyə şadıq – qısa videoçarxlar üçün yeni xidmət birbaşa “YouTube” platformasında”, – rəsmi bloqun relizində qeyd edilir.

“YouTube” istifadəçiləri videoçarxları 15 saniyəyə qədər müddətdə bölüşə biləcəklər. Proqrama paylaşılacaq videoya musiqi əlavə etmək olacaq, istifadəçilər həmçinin bir neçə çarxı birləşdirə biləcəklər.

“Beta-versiya” əvvəlcə Hindistanda, sonra başqa ölkələrdə istifadəyə veriləcək.

Qeyd edək ki, Çin “TikTok” proqramını istifadəyə verdikdən sonra, 2019-cu ildə dünyada qısa müddətli videoçarxlar daha populyar olub. //Report