“Koronavirus xəstəliyinin artmasının səbəbi məktəblərin açılması ilə bağlı deyil”.
7times.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Trend-in müxbirinin sualına cavab olaraq deyib.
Y.Qarayeva bildirib ki, cəmiyyətdə koronavirusla bağlı rahatlıq yaranmışdı:
“Sentyabr ayının sonundan biz hamımız koronavirusla bağlı bir az arxayınlaşmışdıq. Ona görə də koronavirusun artmasını məktəblərin açılması ilə əlaqələndirmək olmaz”.
Follow @7timesaz