Cəmiyyət

“Yüksək məbləğdə olan futbolçu axtarışımız yoxdur” – Qurban Qurbanov

“Yüksək məbləğdə olan futbolçu axtarışımız yoxdur” – Qurban Qurbanovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Samir Abasovu təbrik edirəm. Ona uğurlar arzulayıram. Uduzmaq istəməzdik. Futbolda belə hallar olur. Futbolçularım çox çalışdılar”.

7Times.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunda bu gün evdə “Sumqayıt”a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Baxımlı oyun olduğunu da deməzdim. Hava isti idi, ola bilsin ki, motivasiya da tam çatmırdı. Hər halda məğlub olanda həm oyun zamanı, həm də oyundan sonra futbolçularımız əziyyət çəkirlər. Komandaya iradım yoxdur”.

Q.Qurbanov “Futbolçularınızı bağışlamaq olarmı” sualını belə cavablandırıb:

“Nə ediblər ki? Futbolçularımızı çox istəyirik. Onlar bu günə qədər hamının sevgisini qazanıb, hamının üzünü ağ edib, hamımız onlara güvənirik və təşəkkür edirik. Məğlubiyyətsiz idman növü və məğlubiyyətsiz çempionat yoxdur. Uduzmuşuq. Amma maksimum istəyimizə çatmışıq. Futbolçuları daha da yaxşı səviyyəyə çatdırmaq istəyirik”.

Baş məşqçi Çempionlar Liqasına hazırlıq planının tam bəlli olmadığını qeyd edib:

“Ümumən bəllidir. Amma hələ tam deyil. Ola bilər ki, 1-2 xırda detalda dəyişiklik edildi”.

Q.Qurbanov mətbuatda “Qarabağ”ın dəyəri 5 milyon avro olan futbolçularla maraqlanması haqda yayılan xəbərlərə də münasibət bildirib: “Mən bu cür xəbər oxumamışam. Qarşıma çıxmayıb. Beş milyona futbolçu almaq o demək deyil ki, problemimiz həll edildi. Həm də, o demək deyil ki, həmin oyunçu gəlib biz istəyəni verəcək. Transferlə bağlı işlər davam edir. Amma yüksək məbləğdə olan futbolçu axtarışımız yoxdur”.