Dünya

Yunanıstanda iki qatar toqquşdu – 29 nəfər öldü 

Yunanıstanda iki qatar toqquşdu – 29 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda sərnişin və yük qatarları toqquşub.

7Times.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT1 kanalı məlumat yayıb.

Bildirilir ki, qəza zamanı sərnişin qatarının 3 vaqonu aşıb, yanğın başlayıb. Toqquşma nəticəsində 29 nəfər ölüb, 85 nəfər yaralanıb. Xilasedicilər axtarışları davam edir.

Qəza Larisa şəhəri yaxınlığındakı Tempi şəhəri yaxınlığında, Afinanın 200 km-dən çox şimal-qərbində, Evangelismos stansiyasında baş verib. 350 nəfərdən ibarət qatar Afina – Saloniki marşrutu ilə hərəkət edirdi.