Ölkə

Yunanıstanın hərbi təyyarəsi dənizə düşüb

Yunanıstanın hərbi təyyarəsi dənizə düşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcı təyyarəsi Peloponnes yarımadası yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarənin göyərtəsində olan hər iki pilot katapult edib.

Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hazırda pilotların tapılması və xilas edilməsi üçün havada və dənizdə genişmiqyaslı əməliyyat aparılır.

Baş qərargahdan verilən məlumata görə, pilotlar səmada olarkən qəza vəziyyəti haqqında siqnal ötürüblər.