Moskvanın MOİK klubunda çıxış edəcək türkiyəli yarımmüdafiəçi Yusuf Yazıcı videoçarx vasitəsilə komandanın azarkeşlərini salamlayıb.
O, evinə gəldiyini və qələbə qazanmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Yusuf Yazıçının Fransa “Lill”indən icarə əsasında Rusiya klubuna keçidi qalmaqalla müşayiət olunub.
Belə ki, MOİK komandanın yeni üzvünü ictimaiyyətə qəbuledilməz formada təqdim edib. Həmin videoda yer alan “Yusuf, bura Rusiyadır, burda çoxlu Nataşalarımız var” – yazısı ciddi tənqidlə üzləşib.
MOİK-in mətbuat xidməti paylaşımı silərək üzr istəyib. Məsul şəxslər isə işdən uzaqlaşdırılıb.