İtaliyanın “Yuventus” klubu avrokuboklardan kənarlaşdırılıb.
“Report” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.
Bu komandanı avrokuboklarda ötən mövsüm A Seriyasını 8-ci pillədə tamamlayan “Fiorentina” əvəzləyəcək.
Həmçinin “qoca sinyora” 20 milyon avro məbləğində cərimələnib.
Qeyd edək ki, “Yuventus” ötən mövsüm İtaliya çempionatında 7-ci yeri tutub.
Follow @7timesaz