“Yuventus”un hücumçusu Moyze Kin karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı italiyalı “Atletiko Madrid”ə keçmək ərəfəsindədir.
Turin klubu futbolçunu mövsümün sonuna qədər icarəyə verməyə razılaşıb.
Bundan əlavə, bu transfer Anxel Korreanın “Əl-İttihad”a keçidinin nə qədər tez baş verməsindən asılıdır. Argentinalının gedişindən dərhal sonra Kinlə münasibətlər rəsmiləşdiriləcək.
Moyze Kin bu mövsüm A Seriyasında 12 oyun keçirib və bu matçlarda fərqlənə bilməyib.
Follow @7timesaz