“Yuventus” yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, “Yuventus” artıq Poqbanın maaşının ödənilməsini dayandırıb.
Daha əvvəl Poqbada testosteron səviyyəsinin həddən artıq yüksək olduğu aşkarlanmışdı. Bu, terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Poqbanın dopinq testi müsbət nəticələndiyindən o, 4 il diskvalifikasiya edilmək riski ilə üz-üzədir.
Follow @7timesaz