Britaniya Kolumbiyası Universitetinin mütəxəssisləri gələcəyin daşına bilən cihazları üçün elastic və yuyula bilən akkumulyator yaradıblar.
Bu barədə qurumun saytında məlumat verilib.
Yeni dizayn batareyanın nəinki istənilən formanı ala bilməsinə səbəb olur, həm də batareyanı mayelərlə təmasdan qoruyur.
Alimlər paltaryuyan maşındakı sınaqlardan istifadə edərək batareyanın elastikliyini və suya davamlılığını təsdiqləyiblər. Belə ki, məişət və sənaye paltaryuyan maşınlarında 39 yuma dövrü həyata keçirildikdən sonra prototip batareyanın tam qaldığı görünüb.
Həmçinin da bildirilib ki, akkumulyatorun sink dioksid və manqan kimyəvi tərkibdə olması onu litium-ion batareyalarından daha təhlükəsiz edir.
BKU hazırda batareyanın tutumunu və ömrünü artırmaq üzərində işləyir. Onların fikrincə, daşına bilən qadcetlər üçün belə elementlərin istehsalı komponentlərin ucuzluğuna görə mümkün olacaq.//oxu.az
Follow @7timesaz