Maqazin

“Yüz dəfə məmurların qarşısında oxumuşam, mənə niyə ev almırlar?!“ – Qalmaqal

“Yüz dəfə məmurların qarşısında oxumuşam, mənə niyə ev almırlar?!“ – Qalmaqalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İfaçı Kəmalə Qaramollayevanın bir neçə gün əvvəl maddi dəstək aldığı vəzifəli şəxsdən danışarkən həmin məmurun ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirməsi geniş müzakirələrə səbəb oldu.

Müğənni bu etirafından sonra sosial şəbəkələrdə qınaq atəşinə tutuldu.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni, meyxanaçı Samirə Yusifqızı həmkarının bu açıqlaması ilə digər müğənniləri də nüfuzdan saldığını deyib:

“Əlbəttə, Kəmalə Qaaramollayevanın bu açıqlaması heç düzgün deyil. Bu sözlər mənim heç xoşuma gəlmədi. Bu açıqlama biz müğənnilərin hamısına kölgə salan məsələdir. Hər kim ona nə bağışlayıb şəxsi işidir, bunu ictimailəşdirməyin yeri yoxdur. Kim bağışlayıb, nəyə görə bağışlayıb, özü bilər, amma sənətə görə heç kimə ev bağışlamırlar. Hansısa müğənninin oxumağı kiminsə xoşuna gəlirsə, məclisə çağırıb 5-10 min hörmət eləyə bilər, amma ev, maşın bağışlamaq, nə bilim…

Heç kimin haqqına girmək istəmirəm, amma bu qeyri-realdır. Lap olubsa da bunu gizlin saxlamalı idi, publik şəkildə açıqlamamalı idi. Bu düzgün deyil. Mən 40 ildir oxuyuram, səhnədəyəm, yeri gələndə yüz dəfə məmurların, dövlət adamlarının, vəzifəli şəxslərin də məclislərində olmuşam hələ kimsə mənə bir üzük belə bağışlamayıb, nəinki ev, maşın, bağ… Mən həmişə 50 yaşında olmamışam ki, mənim də 25-30 yaşlarım olub, cavan, gözəl vaxtlarımız olub, hamı arxamızca baxırdı, həsrət çəkirdilər ki, yaxınlaşsınlar. Heç o yaşlarda da belə təkliflər olmayıb. Hələ onda imkan da yaxşı idi, insanların güzəranı normal idi, hamının pulu varidi, pandemiya yox idi. Kəmalə konkret düz etməyib, gərək bunu açıqlamayaydı”.

Xatırladaq ki, Kəmalə Qaramollayeva açıqlamasında “Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Demişdi ki, araşdıracam əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı” – deyə bildirmişdi.