Sosial

Zaqatalada 300 cücə yanaraq tələf oldu

Zaqatalada 300 cücə yanaraq tələf oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada köməkçi tikili yanıb, içərisindəki 300-ə yaxın cücə tələf olub.

“Qafqazinfo”nun məlumatına görə, yanğın gecə saatlarında rayonun Aşağı Tala kənd sakini Heydərov Ramin Rauf oğluna məxsus köməkçi tikilidə baş verib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 kv.m olan köməkçi tikilinin 15 kv.m sahəsi və 300 ədəd cücə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğının baş vermə səbəbi araşdırılır.