Maqazin

Zaur Baxşəliyev ATV-də aldığı maaşdan danışdı – VİDEO

Zaur Baxşəliyev ATV-də aldığı maaşdan danışdı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zaurla Günaydın” proqramının ötən gün yayımlanan buraxılışı aparıcı Zaur Baxşəliyevin anası Dilavər xanımın evində baş tutub. 

7Times.az  xəbər verir ki, proqram zamanı Zaurun anası onun ATV kanalında çalışdığı illərdən danışıb.

Dilavər xanım oğlunun karyerasına başladığı dövrlərdə 50 AZN maaş aldığını vurğulayıb. Zaur isə rəhbərlikdən heç vaxt maaş artımı istəmədiyini, sadəcə çəkdiyi zəhmət müqabilində maaş aldığını deyib:

“Anam mənə dedi ki, 50 manat alırsan. Bu azdır. Səhərdən axşama qədər əziyyət çəkirsən. Anama dedim ki, hələ məni tanımırlar. Qoy məni tanısınlar. İndidən gedib pul tələb edə bilmərəm. Mən özümü tanıdım. Bilsinlər ki, bu adamın dəyəri nədir? Mən onda hələ özümü tanıtmamışdım.  Bir gün onlar özləri görəcəklər ki, mənə qiymət verilməlidir. Çünki əziyyət çəkirdim. Mən o zəhməti təqdim etməyənə qədər heç nə istəməmişəm. Çünki anamız bizi belə öyrədib”.