Aparıcı Zaur Baxşəliyev “Dur gəl gedək” mahnısını toylarda oxuyan müğənnilərə səslənib.
Axşam.az xəbər verir ki, o, bu haqda “Zaurla Günaydın” proqramında danışıb. Zaur bildirib ki, həmin ifaçılar ona faiz ödəməlidir:
“Toylarda müğənnilər mahnımı oxuyur. Oxuyan mən, qalmışam kənarda. Onlardan faiz alacam. xeyir ola… Gedib pul qazanırlar. İmkan verin dadını çıxarım”.
Follow @7timesaz