Maqazin

“Zaura bunu yaraşdırmadım, qadını efirdən çıxartmalı idi”

“Zaura bunu yaraşdırmadım, qadını efirdən çıxartmalı idi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizimləsən” verilişində müğənni Sahib İbrahimovla iştirakçılardan biri arasında mübahisə yaşanıb.

Axşam.az xəbər verir ki, Həlimə adlı qadın ifaçıya sərt sözlər deyib.

Sahibin “Sən oxuyansan? Danışığını bilmirsən. Özünü qadın kimi apar, küçə adamı kimi aparma” sözlərinə Həlimə “Sənin səsin heç yoxdur, oxuya bilmirsən” deyərək, tənqid edib.

Əməkdar artist Nigar Şabanova Sahibi müdafiə edərək, aparıcı zaur Baxşəliyevi tənqid edib. O bildirib ki, Zaur verilişdə sənət adamına hörmət qoymayıb:

“Heç bir münasibətim olmasa da Zaura hörmətim var. Sənət adamı ilə elə danışığına görə, Zaur o xanımı efirdən çıxartmalı idi. Bu, mənim şəxsi fikrimdir. Hamıya dərs olsun. Düz deyir, o nə oxumaqdır, Qarabağ şikəstəsini nə hala saldı. Öz adını, reytinqini qazanan verilişə bunları yaraşdırmıram. Efir sənətkarın hörmətini saxlamalıdır. Əsəb keçirtdim”.