Aparıcı Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib.
7Times.az xəbər verir ki, bu münasibətlə onu sənətçilər, həmkarları sosial şəbəkələrdə təbrik ediblər.
Prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) Xoşqədəmi təbrik edib.
Sosial şəbəkədə həmkarı ilə fotosunu paylaşan Tolik onun ünvanına xoş sözlər səsləndirib və ona uğurlar arzu edib.
Paylaşıma şərh yazanlardan biri də Xoşqədəmin illərdir küsülü olduğu aparıcı Zaur Baxşəliyev olub.
O, “Uğurlar, xeyirli olsun”, – deyə həmkarını təbrik edib. Hidayətqızı da onun barışıq addımını cavabsız qoymayıb. O, Zaura təşəkkür edib.
Qeyd edək ki, Zaur Baxşəliyevlə Xoşqədəm illərdir ki, küsülüdürlər.