Prodüser Tarix Əliyev ARB TV haqqında qalmaqallı paylaşım edib.
7times.az xəbər verir ki, mübahisə telekanal tərəfindən başladılıb. Belə ki, televiziyada yayımlanan verilişlərin hamısında qonaqlara Tolikin adını çəkmək qadağan edilib. Onun adı açıqlanan kadrlar isə kəsilib. Bu haqda Tolik özü paylaşım edib.
“Manaf Ağayev deyir ki, “Hüseynova bacıları” verilişində sənin adını çəkmişəm, amma kəsiblər. Bir neçə qonaq da eyni sözü dedi. Bir Zaurun (aparıcı Zaur Kamal – red.) hesabına reytinq yığırsınız” deyə, Tolik paylaşımında bildirib.
Follow @7timesaz