Dünya

Zaxarova Azərbaycan XİN-in bəyanatına münasibət bildirib

Zaxarova Azərbaycan XİN-in bəyanatına münasibət bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, qurumun sözçüsü Mariya Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.

“İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova əlavə edib ki, daha ətraflı məlumat əldə olunan kimi İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacaq.