Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında Haaqada ətraf mühit fəallarına qarşı su şırnaqlarından istifadə edilməsinə münasibət bildirib.
“Ölkə.az” xəbər verir ki, o Qərbdə məsələlərə münasibətin birmənalı olmadığını deyib.
“Lazım olanda… lazımdır. Ehtiyac olmadıqda, bu, su şırnağıdır”, – Zaxarova bildirib.
Qeyd edək ki, bir gün əvvəl Haaqanın rayonlarından birində “minlərlə ekoloq” şəhərin əsas magistral yolunu – A12 magistralını bağlayıb, mədən işlərinə dövlət subsidiyalarının ayrılmasına qarşı çıxıblar. Polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Follow @7timesaz