Dünya

Zelenski Britaniyanın Baş naziri ilə yenə görüşdü

Zelenski Britaniyanın Baş naziri ilə yenə görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.

7Times.az  xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib.

O, Rusiya ilə müharibədə Kiyevə verdiyi dəstəyə görə R.Sunaka təşəkkürlərini çatdırıb.

Tərəflər Ukrayna Prezidentinin mayın 14-də Britaniyaya səfəri zamanı əldə olunan razılaşmaların icrası barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, V. Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.

Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.