Dünya

Zelenski daha bir ölkəyə səfər edəcək

Zelenski daha bir ölkəyə səfər edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində şəxsən iştirak etməyi planlaşdırır.

7Times.az  xəbər verir ki, bu barədə Ukraynanın Litvadakı səfiri Petr Beşta məlumat verib.

“Bu, bizim planımızdır”, – deyə diplomat Zelenskinin səfəri ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə NATO liderlərinin sammiti keçiriləcək. Sammitdə ABŞ prezidenti Co Bayden də daxil olmaqla təşkilatın əksər liderləri şəxsən iştirak edəcək.