Ukrayna Prezidenti Volodimir Zelenski “Yeddilik” ölkələrindən F-16 qırıcı-bombardmançılarının tədarükünü və onlar üçün pilotların hazırlanmasını sürətləndirməyi xahiş edib.
APA xəbər verir ki, Ukrayna Prezidenti bunu G7 sammitindəki çıxışı zamanı deyib.
“Mən həmçinin sizdən F-16-ya keçidimizi sürətləndirmək üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm, bu isə pilotların hazırlığının sürətləndirilməsi və pilotların təlim mərkəzlərinin sayının artırılması deməkdir”- deyə o bildirib.
Follow @7timesaz