Ukrayna prezidenti Volodimir Zelenski Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına, oradan isə Yaponiyaya gedəcək.
7Times.az–ın News.am-a istinadən məlumatına görə, bu barədə “Bloomberg” xəbər agentliyi bildirib.
“Volodimir Zelenski “Böyük Yeddiliy”in (G7) liderlərinə şəxsən qoşulmaq üçün Xirosimaya gedəcək”, – deyə agentlikdən qeyd olunub.
Mənbənin məlumatına görə, Zelenski Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqasının sammitində iştirak etdikdən sonra ABŞ hərbi təyyarəsi ilə Yaponiyaya uçacaq. Agentlik qeyd edib ki, əvvəllər Yaponiya rəsmiləri Zelenskinin görüşə onlayn formada bildirmişdilər.
Yeganə
Follow @7timesaz