Dünya

“Zelenski İstanbulda Putindən başqa heç kimlə görüşməyəcək” – Podolyak

“Zelenski İstanbulda Putindən başqa heç kimlə görüşməyəcək” – Podolyakbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zelenski İstanbulda Putindən başqa heç kimlə görüşməyəcək”.

7Times.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “The Breakfast Show” proqramında çıxış edərkən Prezident Volodimir Zelenskinin 15 may tarixində İstanbulda Rusiya nümayəndələri ilə, əgər Vladimir Putin özü iştirak etməzsə, görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Podolyak açıq şəkildə bildirib ki, elenski Rusiyanın digər nümayəndələri ilə görüşməyəcək. Onun sözlərinə görə, Rusiya Federasiyasında qərarverici güc yalnız Putində cəmləşdiyinə görə, digər rəsmi şəxslərlə aparılacaq danışıqların heç bir mənası yoxdur.

“Əlbəttə ki, görüş olmayacaq. Bu, heç bir formata uyğun deyil. Prezidentin görüşməsi mümkün deyil… Hamımız Rusiyadakı hakimiyyət strukturunu anlayırıq. Hətta formal olaraq nazir statusuna sahib şəxslər belə, müharibənin davamı və ya dayandırılması ilə bağlı qərar vermək səlahiyyətinə malik deyillər. Bu cür qərarları yalnız Putin qəbul edə bilər”, -deyə Podolyak deyib.

Podolyak həmçinin, hazırda birbaşa danışıqlara qoyulmuş qadağaya baxmayaraq, Zelenskinin Putinlə necə görüşə biləcəyi məsələsinə də toxunub. O, bildirdi ki, belə bir görüş yalnız rəsmi hüquqi sənədin imzalanması zərurəti yaranarsa mümkün olacaq: “Düşünürəm ki, bu halda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının qərarına dəyişiklik ediləcək. Əgər hər hansı hüquqi baxımdan dəqiqləşdirilmiş sənədin imzalanması gündəmə gələrsə, müvafiq hüquqi düzəlişlər ediləcək… Burada hüquqi baxımdan sadəcə Təhlükəsizlik Şurasının qərarının dəyişdirilməsi kifayət edəcək və lazım olan normativ-hüquqi qaydalar qəbul olunacaq”.

“AzPolitika.info”