Dünya

Zelenski nə qədər ərazinin işğaldan azad edildiyini AÇIQLADI

Zelenski nə qədər ərazinin işğaldan azad edildiyini AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna savaşında son durum açıqlanıb.

7Times.az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski işğal edilmiş torpaqların əks-hücumlarla geri alınmağa başladığını bildirib. O, sentyabrda qoşunların şərq və cənubda Rusiyanın nəzarətində olan 6 min kvadrat kilometrdən çox ərazinin geri alındığını açıqlayıb.

Zelenski Zaporojye Atom Elektrik Stansiyası ətrafında baş verənlərdən də söz açıb:

“Zaporijya Atom Elektrik Stansiyasında radiasiya terroru var. Rusiyanın təxribatları və zavodun ərazisini bombalaması Ukraynanı və bütün Avropanı radiasiya fəlakətinin astanasına gətirdi. Dünyanın bir çox ölkələri enerji resurslarının, elektrik və istilik enerjisinin qiymətlərinin kəskin artmasından əziyyət çəkir.

Rusiya bilərəkdən Avropanın qaz bazarında sabitliyi pozur. Bu, Rusiyanın çox həyasız və tamamilə hesablanmış taktikasıdır. Xoşbəxtlikdən, tərəfdaşlarımız olan Birləşmiş Millətlər Təşkilatı və Türkiyə ilə birlikdə taxıl ixracı təşəbbüsü irəli sürə bildik. Rusiya limanlarımızın blokadasını götürməli oldu. Amma indi yenidən blokada təhlükəsi yaradır”.

Rusiya isə Ukraynaya 4 günlük hücumbədəlinin 4 min əsgər itkisi olduğunu açıqlayıb. Digər tərəfdən Rusiya qoşunlarının çıxarılması və Ukrayna ordusunun sürətlə irəliləməsi dünya ictimai rəyini heyrətə salıb. Qeyd olunub ki, bir çox hərbi ekspertlər belə sürətli əlaqə gözləmirdi. ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutundan (ISW) Mason Klark “BBC”yə açıqlamasında bildirib ki,  savaşdakı son vəziyyət rus qoşunlarının “tam məğlubiyyəti” deməkdir.