“Orada danışmağa başqa kimsə yoxdur, Putinin qurduğu dövlətin nümayəndələri heç kimdir…”
“Biz bu müharibədə mütləq qalib gələcəyik!..”
“Mənim üçün qələbə ərazi bütövlüyümüzün bərpa edilməsidir…”
“Biz nə Krımı, nə də Donbası Rusiyaya verməyəcəyik…”
“Biz Rusiya ilə son əsgərimizədək döyüşməyəcəyik, bu yolla getsək, yüz minlərlə insanımızı itirə bilərik…”
Ukrayna prezidenti Vladimir Zelenski nədən danışıqlar masası arxasında məhz Vladimir Putinlə əyləşmək istədiyinə aydınlıq gətirib.
7Times.az xəbər verir verir ki, bu barədə o, Niderlandın “NOS” nəşrinə müsahibəsində deyib.
Ukrayna liderinin sözlərinə görə, “Putinin qurduğu dövlətin” yerdə qalan nümayəndələri heç nəyi həll etmir.
“Məsələ mənim onunla razılığa gəlməyimdə deyil, məsələ bundadır ki, orada danışmağa kimsə yoxdur, – Zelenski Putin barədə danışanda deyib.
“O, elə bir dövlət qurub ki, heç kim heç nəyi həll etmir. Ona görə də onların xarici işlər nazirinin nə deməsi əhəmiyyət kəsb etmir. Onun bizimlə damışmağa nümayəndə heyətini göndərməsi heç bir əhəmiyyət kəsb etmir. Bütün bu insanlar, təəssüf ki, heç kimdir”.
Ukrayna lideri əmindir ki, danışıqlar üçün ən azı Rusiyanın hərbi müdaxiləyə başladığı 24 fevral mövqelərinə dönmək gərəkdir. Bundan sonra öz ərazilərimizi diplomatik yolla geri qaytarmaq olar.
“Ukrayna bu müharibəndə mütləq qalib gələcək!- Zelenski buna əmindir. – Məsələ bunun bədəlinin necə olacağındadır. Və nə qədər müddətdə baş verəcəyindədir.
Mənim üçün qələbə ərazi bütövlüyümüzün bərpa edilməsidir!
Mən düşünmürəm ki, biz hərbi yolla bütün ərazilərimizi bərpa edə bilərik.
Biz bu yolla getsək, yüz minlərlə insanımızı itirəcəyik. Bu, məhz belədir. Bu, indi Rusiyanın etdikləridir, o, on minlərlə insanı itirir, bunlar yüz minlərə çevriləcək.
Biz Rusiya Federasiyası ilə son əsgərimizədək döyüşməyəcəyik. Əgər onlar üçün bunun əhəmiyyəti yoxdursa, bizim üçün var.
Lakin biz nə Krımı, nə Donbası verməyə hazır deyilik. Və biz onları heç vaxt verməyəcəyik”, – Zelenski əmin edib.
Follow @7timesaz