Dünya

“Zelenski o sazişi imzalamayacaq” Ukraynaya təhlükəsizlik təminatları verilmir

“Zelenski o sazişi imzalamayacaq” – Ukraynaya təhlükəsizlik təminatları verilmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volodimir Zelenskinin ABŞ ilə Ukrayna üçün daha geniş təhlükəsizlik təminatlarını nəzərdə tutmayan faydalı qazıntılar üzrə çərçivə sazişindən sonra gələcək iqtisadi sazişi imzalamaq fikri yoxdur.

7Times.az xəbər verir ki, bunu ”The Economist” nəşri Ukrayna hökumətindəki mənbəyə istinadla yazıb.

Nəşrin məlumatına görə, ilkin çərçivə sənədi parlament tərəfindən ratifikasiya tələb etməyəcək, ikinci sənəd isə ratifikasiya tələb edir.

Yazıda qeyd olunur ki, hazırda razılaşmanın çox hissəsi hələ də aydın deyil. Xüsusən də Amerika tərəfinin yeni fonda dəqiq necə nəzarət edəcəyi və onun idarəetmə mexanizmlərinin necə olacağı məlum deyil. Bundan əlavə, “The Economist” qeyd edib ki, razılaşmanın məbləği Trampın Ukraynadan tələb etdiyi 500 milyard dollarlıq “təzminat”dan xeyli az olacaq. Çünki Trampın dediyi bu məbləğ xeyli şişirdilmişdi, ABŞ-nin Ukraynaya hərbi və maliyyə yardımı, müstəqil hesablamalara görə, cəmi 120 milyard dollara yaxındır.

Nəşr əlavə edib ki, Ukraynadakı mineral ehtiyatların real miqyası məlum olmadığı üçün belə bir razılaşma bir qədər qeyri-müəyyən və daha çox nəzəri xarakter daşıyır: “Müasir kəşfiyyat üsullarından istifadə etməklə faydalı qazıntı yataqlarının ciddi qiymətləndirilməsi aparılmayıb. Mineral sərvətlərin böyük hissəsi yerin dərinliklərindədir və ya iqtisadi cəhətdən hasil oluna bilməyəcək qədər aşağı konsentrasiyalardadır. Ola bilsin ki, sözügedən metal ehtiyatlarının 40%-i Rusiyanın işğal etdiyi ərazilərdədir”.

“AzPolitika.info”