Dünya

Zelenski Quterreşə əsirlərlə bağlı müraciət edib

Zelenski Quterreşə əsirlərlə bağlı müraciət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanın ukraynalı məhbuslarla bağlı beynəlxalq hüquqa riayət etməsini təmin etməyə çağırıb.

7Times.az-ın məlumatına görə, Zelenski BMT-nin baş katibi Antoniu Quterreşlə görüşündən sonra belə bəyanatla çıxış edib.

“Mən baş katibi Rusiyanın əsirlərlə bağlı beynəlxalq hüququn bütün normalarına əməl etməsini təmin etmək üçün BMT-nin bütün imkanlarından istifadə etməyə çağırdım. Biz Yelenovkaya missiya göndərməyi müzakirə etdik”, – Prezident deyib.

 

O, həmçinin vurğulayıb ki, Yelenovkada 50-yə yaxın ukraynalı hərbi əsirin öldürüldüyü terror aktı ilə bağlı tam həqiqəti müəyyənləşdirmək lazımdır.