Dünya

Zelenski Rusiya ilə sülhün şərtlərini AÇIQLADI

Zelenski Rusiya ilə sülhün şərtlərini AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təcavüzkarlar etdikləri hər şeyə görə təkcə tarix qarşısında deyil, məhkəmələr qarşısında cavab verməlidirlər”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Buçanski sammitində çıxışı zamanı bildirib.

Zelenski qeyd edib ki, dünyanın ilkin təcavüz cinayətinə, belə bir müharibənin bütün pisliklərinə qapılarını açan cinayətə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün təsirli mexanizmə ehtiyacı var.

Ukrayna rəhbəri Rusiya ilə münaqişənin mümkün həlli yollarından da danışıb:

“Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyyənləşdirilməsi yalnız Rusiya qoşunlarını Ukraynadan döyüşsüz çıxardıqdan sonra ola bilər.

Əgər Ukrayna ərazilərindən Rusiya qoşunlarını özü çıxarsa, danışıqlar baş tutmayacaq. Çünki, çox böyük itkilər olacaq. Onları (Rusiyanı nəzərdə tutur) təcrid etmək lazımdır, onların əlini də sıxmaq lazım deyil”.