Dünya

Zelenski Rusiyadan qisas alacağına AND İÇDİ

Zelenski Rusiyadan qisas alacağına AND İÇDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya raket hücumlarından sonra Zelenski qisas alacağına and içib.

7Times.az  bildirir ki, Ukrayna lideri Kiyevin bir nömrəli prioritetini dünyaya bəyan edib. Zelenski döyüş meydanını rus qoşunları üçün “daha ağrılı” edəcəyinə söz verib. O, ən qısa zamanda hava hücumundan müdafiə sisteminə sahib olmaları lazım olduğunu vurğulayıb və bunu “bir nömrəli prioritet” olaraq xarakterizə edib.

“İşğalçılar onsuz da döyüş meydanında bizə müqavimət göstərə bilməzlər, ona görə də bu terrora əl atırlar” deyən Ukrayna liderinin çağırışına ABŞ və Almaniyadan reaksiya gəlib. Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, ABŞ prezidenti Co Bayden ukraynalı həmkarına Vaşinqtonun ölkəyə qabaqcıl hava sistemləri təqdim edəcəyinə söz verib.

Alman mətbuatının məlumatına əsasən isə Berlin də bir neçə gün ərzində Ukraynaya hava hücumundan müdafiə sistemi göndərməyə qərar verib.