Dünya

Zelenski Rusiyanın hücuma keçəcəyindən danışdı: “Hazır olmalıyıq …”

Zelenski Rusiyanın hücuma keçəcəyindən danışdı: “Hazır olmalıyıq …”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın fevralın 16-da bu ölkəyə hücum edəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, V. Zelenski bildirib ki, dövlətimiz ilk növbədə öz ordusuna və vətəndaşlarına güvənməli və istənilən gün hazır olmalıdır. O, Rusiyanın mümkün hücumu barədə məlumatlar fonunda ukraynalıları təşvişə düşməməyə çağırıb.

Ukrayna Prezidenti belə informasiyanın dəqiq və geniş analizinin aparılacağını vurğulayıb: “Bu gün mediada genişmiqyaslı müharibə ilə bağlı həddən çox informasiyalar var. Mən daim kəşfiyyatdan böyük həcmdə məlumat, eyni zamanda ABŞ və müttəfiqlərinin mesajlarını alıram. Mən bizə olan bütün informasiyaları analiz etməliyəm. Bizdə çoxlu informasiya var, çünki bu, bizim sərhədlər, bizim ərazidir. Mən vətəndaşlara Prezident kimi həqiqəti danışmalıyam. Həqiqət isə odur ki, bizdə müxtəlif informasiyalar var. Təlaşa xidmət edən informasiyalar bizə kömək etmir”.

Qeyd edək ki, “Politico” qəzeti öz mənbələrinə istinadən yazıb ki, dünən ABŞ Prezidenti Co Bayden Qərb ölkələrinin liderləri ilə videokonfrans formatında görüşdə Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyini bildirib.