Dünya

Zelenski: “Rusiyaya nüvə zərbəsi endirək” demədim!

Zelenski: “Rusiyaya nüvə zərbəsi endirək” demədim!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qabaqlayıcı nüvə zərbəsi endirilməsi ilə bağlı çağırış etmədiyini bildirib.

7Times.az xəbər verir ki, bu barədə dövlət başçısı BBC-yə açıqlamasında deyib.

“Düşünürəm, bu barədə danışmaq belə təhlükəlidir. Dedim ki, preventiv “təpkilərdən” istifadə etmək gərəkdir, zərbə endirmək deyil”, – Zelenski bildirib.

Dövlət başçısı “qabaqlayıcı təpki” deyərkən, sanksiyaları nəzərdə tutduğunu söyləyib. Zelenski sözlərinin Rusiya tərəfindən təhrif olduğunu qeyd edib.