Ukrayna və ABŞ prezidentlərinin Ağ Evdə görüşü planlaşdırılıb.
7Times.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məlumat verib. O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski 31 avqust və 1 sentyabr tarixlərində Vaşinqtonda olacaq və burada ABŞ lideri Co Baydenlə görüşəcək.
Qeyd edək ki, 30 avqusta planlaşdırılan səfər 31 avqusta təxirə salınıb və beləliklə, 31 avqusta planlaşdırılan prezidentlərin görüşü 1 sentyabra qalıb.