Dünya

Zelenski SES-dəki partlayışa görə təcili iclas çağırdı

Zelenski SES-dəki partlayışa görə təcili iclas çağırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Kaxovka Su Elektrik Stansiyasındakı (SES) partlayışa görə təcili iclas çağırıb.

7Times.az  xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov məlumat yayıb.

“Vladimir Zelenski Kaxovka su anbarının bəndinin partlaması ilə əlaqədar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasının keçirilməsi barədə qərar qəbul edib”, – Danilov qeyd edib.

Qeyd edək ki, Kaxovka SES-in bəndi bu gecə ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib.